Eto’O Ronaldinyonu yanına gətirir
17.12.2015 - 18:28
Eto’O Ronaldinyonu yanına gətirir

Braziliya yığmasının keçmiş üzvü Ronaldinyo karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində “Antalyaspor” klubu maraqlıdı.

 

Antalya təmsilçisində oynayan-məşqçi funksiyasını yerinə yetirən Samuel Eto’O bu keçidin baş tutmasında yaxından iştirak edir. Kamerunlu forvard nəyin bahasına olursa-olsun, keçmiş komanda yoldaşını yanına gətirmək niyyətindədi.

 

Bununla bağlı Türkiyə televiziyasına danışan “Antalyaspor”un prezidenti Gültekin Gencer maraqlı fikirlər səsləndirib. O bildirib ki, Ronaldinyo məsələsində Eto`Oya səlahiyyət verilib: “Eto’Oya bununla bağlı səlahiyyət vermişəm. Ürəyi necə istəyirsə, elə də etsin. Ronaldinyo ilə danışığı o, aparır. Bu məsələyə Eto’O cavabdehdi”.