Etoo: “İnter”ə qayıda bilərəm
20.03.2014 - 05:01
Etoo: “İnter”ə qayıda bilərəm

 

 

“Çelsi»nin hücumçusu Samuel Etoo İtaliyanın “İnter” klubuna qayıda biləcəyini istisna etməyib. Apasport.az saytının məlumatına görə, hücumçu “Çelsi”nin azarkeşlərini də alqışlayıb.

 

Xatırladaq ki, Samuel Etoo 2009-2011-ci illərdə “İnter”in şərəfini qoruyub. İndi isə o, komandadan təklif gözləyir: “Moratti geriyə dəvət etsə, niyə də qayıtmayım? Mən bilirəm Ki, “İnter”in yeni prezidenti Erik Toxirdir. Amma Moratti də əvvəlki kimi komandanın strukturundadır”.

 

Etoo “Qalatasaray”la oyun barəsində də danışıb: “Erkən qol səbəbindən oyun bizim üçün asan oldu. Mən “Çelsi” azarkeşlərinin Didye Droqbanı yaxşı qarşılamalarına çox şadam. O, London klubu üçün çox şey edib. Ona uğurlar arzulayıram”.