Əvvəl “Qəbələ”, sonra “İnter”
26.06.2014 - 12:13
Əvvəl “Qəbələ”, sonra “İnter”

Avropa Liqasının ilkin təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşacaq “Qəbələ”nin ilk oyununun başlama saatı müəyyənləşib. Apasport.az xəbər verir ki, Qəbələdə baş tutacaq matç iyulun 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Ölkəmizin Avroliqadakı digər təmsilçisi “İnter” isə I təsnifat mərhələsində Moldovanın “Tiraspol” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. İki komanda arasındakı ilk oyun “Şerif Arena”da baş tutacaq. Qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.