Əvvəl “Tiraspol”, sonra “İnter”
30.06.2014 - 17:37
”Avropa Liqasının I təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Moldova “Tiraspol”u oyunöncəsi tədbirlərin planını açıqlayıb. Apasport.az saytının məlumatına görə, moldovalılar iyulun 3-dəki görüşdən 1 gün əvvəl mətbuat konfransı və açıq məşq təşkil edəcək.
İyulun 2-də Bakı vaxtı ilə 21:00-da meydan sahibləri, 22:00-da isə “bankirlər”in oyunöncəsi məşqi olacaq. Həmin gün 14:00-da “Tiraspol”un baş məşqçisi Vlad Qoyan və hücumçu Georgi Bogiu mətbuat konfransında jurnalistlər önünə çıxacaq.
Qeyd edək ki, iyulun 3-dəki oyun saat 22:00-da başlayacaq.
0
0