Əvvəl əyalət klubları, sonra derbi
14.04.2014 - 08:45
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 16-da baş tutacaq qarşılaşmalar fərqli saatlarda keçiriləcək.
Əvvəl əyalət klubları – “Qəbələ” və “Xəzər Lənkəran” meydana çıxacaq. “Neftçi” ilə “Rəvan” arasında paytaxt derbisi isə günün son matçı olacaq.
16 aprel (çərşənbə)
16:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Rəvan”
“Bakcell Arena” stadionu
0
0