Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, əvvəlcə ev sahiblərinin mətbuat konfransı və media üçün açıq məşqi olacaq.
Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın futbolçularından biri 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. “Anderlext”in çalışdırıcısı Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.
“Qarabağ”ın açıq məşqi 18:30-da klubun Suraxanıdakı bazasında olacaq. Qonaqların açıq məşqi isə 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı