Əzəli rəqibinin yerinə Avropa Liqasına
03.06.2015 - 19:44
Əzəli rəqibinin yerinə Avropa Liqasına

Bu mövsüm İtaliya A seriyasında 6-cı pilləni tutan “Cenoa” Avrokuboklara getmək haqqı qazansa da, komandanın bu arzusu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, İtalya Futbol Federasiyası tərəfindən müvafiq lisenziya ala bilməyən cenoalılar bunun üçün İtaliya Dövlət məhkəməsinə müraciət etmişdilər.

 

Ancaq məhkəmə də komandanın bu müraciətini müsbət dəyərlindərməyib. Beləliklə, “Cenoa” Avropa Liqasındakı yerini eyni şəhəri təmsil edən, əzəli rəqibi “Sampdoriya”ya verməli olub.