AFFA 2 futbolçunu cəzalandırdı
01.06.2015 - 14:59
AFFA 2 futbolçunu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXVI turunda baş verənlər müzakirə olunub.

 

Komitə üzvləri “Neftçi” – AZAL matçında qeydə alınan qırmızı vərəqələrlə bağlı qərarlar verib. 55-ci dəqiqəsində AZAL-ı azlıqda qoyan Orxan Lalayev 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 75-ci dəqiqəsində qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Əziz Quliyevin də cəzası eyni olub. Futbolçu 1 oyunluq cəza və 200 manatlıq cəriməyə məruz qalıb.