Məşhur italiyalı mütəxəssis, futbol üzrə Rusiya millisinin hazırkı baş məşqçisi Fabio Kapello karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kapello 2018-ci il dünya çempionatından sonra məşqçi karyerasını başa vuracağını bildirib.
İtaliyalı mütəxəssis Rusiya millisinin onun sonuncu iş yeri olacağını deyib: “Bu, sözsüzdür. Ser Aleks Ferqüsson kimi addım atacağam. O məşqçilik karyerasını 72 yaşında bitirdi, mən 71 yaşımda bitirəcəyəm”.
Rusiya 2018-ci il dünya çempionatının ev sahibi olduğundan, ölkə millisi də turnirdə seçmə mərhələdə iştirak etmədən çıxış edəcək. 2012-ci ildən Rusiyada işləyən Kapello Rusiyanı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə çıxara bilib: “Biz 1/4 finala kimi irəliləməliyik. Bu, minimum vəzifədir. Amma sən yaxşı oynamağa başlayanda, istənilən sürpriz mümkündür”.
Fabio Kapello dünya çempionatının final mərhələsində məşqçi kimi ikinci dəfə iştirak edəcək. O, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı zamanı İngiltərə millisi ilə 1/4 finala kimi irəliləməyi bacarıb.