Fabreqas “Barselona”nı tərk edir
02.06.2014 - 23:29
Fabreqas “Barselona”nı tərk edir

 

“Barselona”nın yarımmüdafiəçisi Sesk Fabreqas komandanı tərk edərək İngiltərəyə qayıtmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, futbolçu artıq Premyer Liqanın bir neçə klubu ilə görüşüb.

 

“Mundo Deportivo” qəzetinin yazdığına görə, klublardan biri ilə ilkin razılaşma əldə olunub. Amma həmin klubun adı açıqlanmır.

 

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın Fabreqası 40 milyon funta (50 milyon avro) “Çelsi”, “Arsenal” və “Mançester Siti”yə təklif etdiyi bildirilirdi.