“Monako”nun və Kolumbiya millisinin hücumçusu Radamel Falkao bu ilin yanvarında aldığı zədədən sonra ilk dəfə yaşıl meydana çıxıb. Aparsport.az saytının məlumatına görə, futbolçu “Emirates Cup-2014” turniri çərçivəsində “Valensiya”ya qarşı oyunun 72-ci dəqiqəsində əvəzetməyə çıxıb.
Bu turniri Londonun “Arsenal” klubu “Emereyts” stadionunda təşkil edir. Falkao komanda yoldaşı Dmitrii Berbatovu əvəz edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Kolumbiyalı hücumçu özü qol vurmayıb.
Falkao 2014-cü ilin yanvarında xaçvari bağlarından zədələnib. Futbolçu “Mont dOr Azerq”ə qarşı kubok oyununu davam etdirə bilməyib. Hücumçu zdə səbəbindən çempionatın ikinci hissəsini və Braziliyada keçirilən dünya çempionatını buraxıb.