Falkao “Real”a keçmək istəyir
22.06.2014 - 17:30
Falkao “Real”a keçmək istəyir

 

“Monako”nun hücumçusu Radamel Falkao bü mövsüm İspaniyaya qayıdaraq “Real Madrid”in heyətində çıxış etmək istəyir. Apasporta.az saytının məlumatına görə, futbolçu buna görə artıq bir neçə klubun təklifini rədd edib.

 

Futbolçunun agenti Jorje Mendeşin sözlərinə görə, Falkao “Çelsi”, “Mançester Siti” və “Tottenhem” kimi klublarla danışıqlardan imtina edib. Bundan əlavə, onunla “Liverpul” da maraqlanıb. Amma “Liverpul” Falkaonu Suaresin komandadan getdiyi halda almaq istədiyi üçün, rəsmi danışıqlara başlamayıb.

 

Falkao ötən mövsüm “Monako”da cəmi 17 oyun keçirib və 9 qol vurub. Kolumbiyalı oyunçu sonra zədələnib və hətta dünya çempionatını buraxmağa məcbur olub.