Kolumbiyalı hücumçu Radamel Falkao hələ “Real Madrid”ə keçməsə də, artıq 9 nömrəli formanı qaralayıb. Apasport.az saytının məlumatına görə, bu nömrə ilə Fransa millisinin futbolçusu Kərim Benzema çıxış edir.
Öz növbəsində Benzema da 9 nömrəli formanı Falkaoya verməyə hazırdır. Çünki Benzema Məsut Özilin “Arsenal”a keçməsindən sonra vakant qalan 10 nömrəli formanı götürmək niyyətindədir. Onu da qeyd edək ki, Benzema həm Fransa millisində bu nömrə ilə çıxış edir, həm də keçmiş klubu “Lion”da çıxış edib. Kərim “Real”a keçəndən sonra özünə 11 nömrəni götürüb (9 nömrə o zaman Ronaldoda olub). Raulun komandanı tərk etməsi isə yenidən nömrələrin dəyişməsinə gətirib çıxarıb. Bundan sonra əfsanəvi 7 nömrə Ronaldoya verilib, Kərim Benzema isə 9 nömrə ilə çıxış edib.
Radamel Falkao isə oynadığı bütün komandalarda 9 nömrə ilə çıxış edib və bu ənənəni “Real”da da davam etdirmək istəyir.