Falkao dünya çempionatından kənarda qaldı, Mondraqon əsas heyətdə
03.06.2014 - 19:36
Falkao dünya çempionatından kənarda qaldı, Mondraqon əsas heyətdə

Futbol üzrə Kolumbiya yığmasının lideri Radamel Falkao Braziliyaya gedəcək yekun siyahıya salınmayıb. Apasport.az saytının məlumatına görə, hücumçu yanvar ayında dizindən aldığı zədəni tam sağalda bilməyib.

 

Kolumbiya yığmasının heyəti:

 

Qapıçılar: David Osipina (“Nitsa”), Fərid Mondraqon (“Deportivo Kali”), Kamilo Varqas (“İndependyente”).

 

Müdafiəçilər: Kamilo Suniqa (“Napoli”), Pablo Armero (“Vest Hem”), Kristian Sapata (“Milan”), Karlos Valdes (“San-Lorenso”), Santyaqo Arisa (PSV), Eder Alvares Balanta (“River Pleyt”), Mario Yepes (“Atalanta”).

 

Yarımmüdafiəçilər: Xames Rodriqes (“Monako”), Abel Aqilar (“Tuluza”), Karlos Sançes (“Elçe”), Fredi Quarin (“İnter”), Xuan Fernando Kintero (“Portu”), Xuan Qilermo Kuadrado (“Fiorentina”), Viktor İbarbo (“Kalyari”), Aldo Ramires (“Moreliya”).

 

Hücumçular: Cekson Martines (“Portu”), Teofilo Qutyerras (“River Pleyt”), Adrian Ramos (“Borussiya”).