Falkao getsin, Kavani gəlsin
14.02.2015 - 15:40
Falkao getsin, Kavani gəlsin

“Mançester Yunayted” rəhbərliyi keçən il icarəyə götürdüyü Radamel Falkao ilə əməkdaşlığı mövsümün sonunda bitirmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, “mankunianlar” hücum xəttinə yeni futbolçu gətirməyi planlaşdırırlar.

 

Baş məşqçi Lui van Qalın istədiyi forvard Edinson Kavanidi. İngilislər PSJ-nin və Uruqvay yığmasının hücumçusu ilə danışıqlara başlayıblar. “Mançester Yunayted rəhbərliyi bu keçidə görə 80 milyon avro xərcləməyə hazırdı.

 

Karyerası ərzində “Palermo” və “Napoli” klublarının da formasını geyinən Kavani 2013-cü ildən PSJ-nin uğurları üçün çalışır. O, hazırkı komandasında ümumilikdə 71 oyunda meydana çıxıb və 20 qol vurub.