Falkaonu İquain əvəzləyə bilər
01.06.2015 - 08:39
Falkaonu İquain əvəzləyə bilər

“Mançester Yunayted” rəhbərliyi komandadan ayrılan Radamel Falkaoya əvəzləyici axtarışına çıxıb. Apasport.az saytı xəbər verir ki, “mankunianlar” “Napoli”nin hücumçusu Qonsalo İquainə “elçi düşüblər”.

 

Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal rəhbərliklə söhbətində İquainin alınmasını tələb edib. Qarşı tərəflə danışıqlara başlayan ingilislər bu keçidi nəyin bahasına olursa-olsun, həll etmək istəyirlər.

 

Qeyd edək ki, başa çatan mövsümü “Mançester Yunayted”də icarə əsasında keçirən Falkao transfer hüququ məxsus olan “Monako”ya qayıdıb.