Fatih Terim haqda yeni iddia
25.09.2014 - 12:19
Fatih Terim haqda yeni iddia

Fatih Terim “Qalatasaray”dan öz istəyi ilə ayrılmayıb. Apasport.az saytının xəbərinə görə, bu iddianı türkiyəli jurnalist Mehmet Dəmirkol qaldırıb.

 

Təcrübəli mütəxəssisin İstanbul nəhəngini yığmaya qurban verməsini dəyərləndirən futbol eksperti bildirib ki, bunun əsl səbəbi siyasi iradədi: “Terimi “Qalatasaray”dan qoparmaq siyasi iradə idi. Bunu niyə gizlədirik ki? Acıq demək lazımdı. Mütəxəssis həm yığma, həm klubda çalışa bilərdi. “Qalatasaray”ın özü də ciddi klubdu. Orada lap UEFA kubokunu da qazansan, sənə güzəştə getməzlər. Bu klub senat kimi bir şeydi”.

 

Demirkol klubda baş məşqçi dəyişikliyinin mümkünlüyünü, “Fənərbaxça”da uğurla çalışan, lakin sonda postunu tərk edən Ərsun Yanalın “Cim-Bom”un başına keçməsini də mümkün sayır: “Yanal “Fənərbaxça”dan çox pis ayrılıb. Bu üzdən də onun “Qalatasaray”da çalışması problem deyil”.