Ferqyusson Devid Bekhem və Ueyn Runidən imtina etdi
14.02.2015 - 22:14
Ferqyusson Devid Bekhem və Ueyn Runidən imtina etdi

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusson 27 il çalışdırdığı komandanın futbolçularından ibarət simvolik yığma hazırlayıb. Apasport.az saytının məlumatına görə, şotlandiyalı mütəxəssis komandasına 2 məşhur oyunçunun adını daxil etməyib.

 

Belə ki, Ferqyusson “qırmızı şeytanlar”ın sabiq yarımmüdafiəçisi Devid Bekhem və hazırda “Mançester Yunayted”in şərəfini qoruyan hücumçu Ueyn Runidən imtina edib.

 

Aleks Ferqyussonun simvolik yığması bunlardı:

 

Peter Şmeyhel, Qari Nevill, Yap Stam, Rio Ferdinand, Denis İrvin, Roy Kin, Pol Skoulz, Kriştianu Ronaldo, Rayan Qiqqz, Rud van Nistelroy və Erik Kantona.

 

Qeyd edək ki, Ferqyusson 1986-cı ildən 2013-cü ilə qədər “Mançester Yunayted”ə başçılıq edib. O, bu müddət ərzində 13 dəfə İngiltərə çempionatının qalibi olub.