FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və onun ailə üzvləri Qətər şirkətlərindən birindən 2 milyon dollar rüşvət alıblar. Apasport.az saytının məlumatına görə, “The Telegraph” qəzeti bunun Qətərin 2022-ci il dünya çempionatını keçirmək hüququnu əldə edəndən sonra baş verdiyini yazıb.
Qəzet iddia edir ki, FİFA İcraiyyə Komitəsi üzvlərinin səsverməsindən sonra trinidadlı Uorner Qətər Futbol Federasiyasının keçmiş nümayəndəsinin nəzarətində olan şirkətdən 1,2 milyon, onun oğulları isə 750 min dollar alıblar. Daha 400 min dollar Uornerin işçilərindən birinin hesabına köçürülüb.
Rüşvət qalmaqalını ABŞ Federal Təhqiqat Bürosu araşdırır. Uornerin Mayamidə yaşayan oğullarından biri isə artıq istintaqla əməkdaşlığa başlayıb.
Qeyd edək Ki, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (CONCACAF) 2013-cü ildə keçirilən konqresində Uornerin və konfederasiyanın keçmiş baş katibi Çak Bleyzerin fırıldaqları ilə bağlı geniş hesabat təqdim olunub. Bu hesabat sənədlərə və 38 nəfərin ifadəsinə əsaslanıb. Hesabatda qeyd olunur Ki, Uorner 25,9 milyon dollara başa gələn inkişaf mərkəzinin onun şirkətinə məxsus torpaqda tikildiyini CONCACAF-dan gizlədib.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər