FİFA yenilik iddiasında
21.07.2014 - 10:23
Son illərdə futbolun daha da təkmilləşdirilməsi üçün bir sıra yeniliklər edən FİFA daha bir addım atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, qurumun Texniki Şurası 4-cü əvəzetmə ilə bağlı təklif irəli sürüb.
Bu yenilik yalnız əlavə vaxt üçün nəzərdə tutulub. Belə addım 90 dəqiqəsində qalibi müəyyənləşməyən görüşlərdə komandalar 4-cü oyunçu dəyişikliyindən yararlana bilməsi üçündür.
0
0