FİFA-nın bank hesablarına blok qoyuldu
18.12.2015 - 12:19
FİFA-nın bank hesablarına blok qoyuldu

FİFA daha bir şok hadisə ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumunun banklardakı hesabına blok qoyulub.

 

ABŞ Ədliyyə Nazirliyinin istəyi ilə FİFA-nın 10 bankda olan 50 hesabından istifadəsi qadağan edilib. Buna səbəb kimi rüşvət qalmaqalı və qurumun bir neçə yüksək vəzifəli nümayəndəsinin həbs edilməsi göstərilib. Həmçinin İsveçrə hökuməti FİFA-ya üzv olan bir çox federasiyanın banklarda hesabının olduğunu açıqlayıb və bu hesablara da blok qoyulacağını istisna etməyib.

 

Qeyd edək ki, FİFA-nın İcraiyyə Komitəsində çalışan bir neçə yüksək vəzifəli şəxsi çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur.