FİFA-nın 2 sabiq üzvü ilə bağlı Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) axtarış elan edib. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İnterpol rəsmi məlumat yayıb.
Ümumilikdə 6 nəfərlə bağlı axtarış elan edilib ki, bunlardan ikisi FİFA-nın keçmiş əməkdaşıdı. Söhbət ali futbol qurumunun sabiq vitse-prezidenti Cek Uorner və KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) keçmiş rəhbəri Nikolas Leosdan gedir.
Hər iki şəxs korrupsiyada günahlandırılır.
Qeyd edək ki, bu günlərdə FİFA-nın daha bir neçə əməkdaşı analoji səbəbdən istintaqa cəlb olunublar.