FİFA baş katibi Suaresə müalicə olunmağı təklif etdi
27.06.2014 - 23:45
FİFA-nın baş katibi Jerom Valke Uruqvay millisinin hücumçusu Luis Suresin diskvalifikasiyası ətrafındakı qalmaqalla bağlı danışıb. Apasport.az saytının məlumatına görə, baş katib Suaresə müalicə olunmağı məsləhət görüb.
Valke bu hadisənin birinci dəfə olmadığını vurğulayıb: “Suaresə müalicə lazımdır. Çünki o artıq neçənci dəfədir rəqibi dişləyir. Onunla bağlı hər şey qaydasında deyil. Bunu milyonlarla insan gördü, o cümlədən uşaqlar da. Axı siz bunu uşaqlarınızın görməsini istəmirsiniz. Dünya çempionatında oynayan futbolçu nümunə olmalıdır”.
0
0