FİFA bu gün Suaresin taleyini həll edəcək
26.06.2014 - 05:21
FİFA bu gün Suaresin taleyini həll edəcək

 

FİFA Uruqvay millisinin hücumçusu Luis Suareslə bağlı bu gün qərar çıxaracaq. Apasport.az saytının məlumatına görə, bu barədə jurnalist Rob Harris FİFA-nın intizam komitəsindəki mənbələrə istinadən xəbər yayıb.

 

Suares İtaliya-Uruqvay matçında rəqib müdafiəçi Corc Kellinini çiynindən dişləyib. O, bundan əvvəl də Hollandiya və İngiltərə çempionatlarında rəqibi dişləyib və bir neçə oyunluq diskvalifikasiya olunub. İndi isə onu 2 ilə qədər diskvalifikasiya edə bilərlər.