FİFA Fransa-Honduras matçına görə üzr istədi
16.06.2014 - 22:41
FİFA dünya çempionatında Fransa-Honduras matçında dövlət himnlərinin səsləndirilməməsinə görə üzr istəyib. Apasport.az saytının məlumatına görə, FİFA adından qurumun baş katibi Jerom Valke danışıb: “Mən FİFA adından texniki problemlərə görə üzrə istəyirəm. Bu problemə görə Fransa və Hondurasın dövlət himni səsləndirilməyib. Dövlət himninin səsləndirilməsi FİFA bayrağı altında keçirilən hər görüşün dəyişilməz atributudur”.
Qeyd edək ki, Fransa millisi həmin oyunda 3:0 hesabı ilə qalib gəlib.
0
0