2018 və 2022-ci ildə keçiriləcək dünya çempionatlarının final mərhələlərində konfederasiyaların təmsilçi sayı dəyişməyəcək. Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Yozef Blatter açıqlayıb.
O bildirib ki, növbəti 2 çempionat üçün hər hansı say dəyişikliyi olmayacaq. Avropa 13, Afrika 5, Asiya və Cənubi Amerika hərəyə 4, KONKAKAF zonası isə 3 vəsiqə qazanacaq. Daha 2 vəsiqə Asiya, Cənubi Amerika, KONKAKAF və Okeaniya təmsilçilərin mübarizəsində sahibini tapacaq. Bu 31 komanda ilə yanaşı, meydan sahibi də mundialda çıxış edəcək.
DÇ-2026-nın final mərhələsini isə Asiya istisna olmaqla, bütün konfederasiyalara daxil olan ölkələr ev sahibliyi edə bilər. Buna səbəb 2022-ci ildəki yarışın Qətərə verilməsidi. Bu üzdən növbəti mundial başqa qitədə təşkil olunmalıdı.