FİFA Maradonanı VİP-lojadan məhrum etdi – QİSAS
05.07.2014 - 04:47
FİFA Maradonanı VİP-lojadan məhrum etdi – QİSAS

 

Argentina millisinin heyətində 1986-cı ildə dünya çempionu olan Dieqo Maradona Braziliyadakı mundialın oyunlarına VİP-lojadan tamaşa etmək hüququnu itirib. Apasport.az saytının məlumatına görə, belə bir qərarı FİFA çıxarıb.

 

Maradona bundan əvvəl FİFA-nın dəvəti ilə bir neçə matça VİP-lojadan tamaşa edib. Amma Maradonanın Luis Suaresin Corc Kellinini dişləməsi və ardınca diskvalifikasiya edilməsindən sonra FİFA-nı tənqid etməsi ali futbol qurumunda narazılığa səbəb olub. Bundan sonra FİFA məmurları ondan belə qisas almaq qərarına gəliblər.

 

Qeyd edək ki, Maradona bundan əvvəl Braziliya və Xorvatiya milliləri arasında keçirilən açılış matçına da buraxılmamışdı. Buna onun üzərində akkreditasiyasının olmaması səbəb olmuşdu.