FİFA meneceri: Puyol “Trabzonspor”a gələ bilər
17.04.2014 - 23:01
FİFA meneceri: Puyol “Trabzonspor”a gələ bilər

 

Barselonada yaşayan və eyni adlı klubla yaxın münasibətləri olan FİFA meneceri Bayram Tutumlu “Trabzonspor” klubunun Karles Puyolu istədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, türk menecer ulduz futbolçunun Türkiyəyə gələ biləcəyini istisna etməyib.

 

Bayram Tutumlu Puyolla söhbət etdiyini bildirib: «”uyol şərəfli və namuslu insandır. Mövsümün sonunda futbol oynaya biləcəyini hiss etsə, davam edəcək. Bundan 1 ay əvvəl “Trabzonspor”un başqanı İbrahim Hacıosmanoğlu Barselonaya gəlmişdi və Puyolla maraqlanırdı. Mən də futbolçu ilə bu məsələni danışdım. Mənə dedi ki, mövsümün sonunda qərar verəcək. Durumu yaxşı olsa, futbola davam edəcək. Yaxşı olmasa, futbolla vidalaşacaq. “Barselona” ilə daha 2 illik müqaviləsi var. Yəni, hər şey mövsümün sonunda bəlli olacaq”.

 

Tutumlu İspaniya millisinin oyunçusunun “Trabzonspor”a keçməsi ehtimalının olduğunu da iddia edib: “Puyol gələ bilər. “Trabzonspor” Türkiyənin ən böyük klublarından biridir və bu klubu tanıyır. “Barselona” “Trabzonspor”a qarşı oynayıb. Amma mən sadəcə vəziyyəti soruşdum. Ortada dəqiq heç nə yoxdur”.