FİFA mundialla bağlı qərarını bu həftə verəcək
24.09.2014 - 17:40
FİFA bu həftə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının vaxtı ilə bağlı qərar verə bilər. Apasport.az saytının məlumatına görə, Qətərdə baş tutacaq mundialın yayda deyil, qışda keçirilməsi ilə bağlı müzakirələr qurumun İcraiyyə Komitəsinə çıxarılacaq.
Komitə üzvləri artıq növbəti yığıncaqda bu məsələ ilə bağlı qərar verməlidir. Bu tədbir isə sentyabrın 25-26-na planlaşdırılıb.
İclasın gündəliyində 2018-2022-ci illərdə keçirilməli olan seçmə mərhələ matçlarının tarixilərinin də dəyişdirilməsinin müzakirəsi də yer alıb.
0
0