FİFA Platiniyə apelyasiya üçün şans vermədi
22.12.2015 - 19:57
FİFA Platiniyə apelyasiya üçün şans vermədi

FİFA keçmiş UEFA prezidenti Mişel Platiniyə İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya verməyə icazə verməyib. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun Lozannada keçirilən yığıncağında qərar verilib.

 

Dünən eks FİFA prezidenti Yozef Blatterlə bərabər 8 il müddətinə futbolla bağlı bütün sahələrdə çalışmaqdan məhrum edilən fransız funksioner qərarla razılşamamış, öz haqqını daha yüksək instansiyalarda arayacağını bildirmişdi.

 

O, öz etirazını ali futbol qurumunun etika komitəsinə yox, birbaşa CAS-a bildirmək istəyində idi.