Fil Dişi Sahili 1/4 finalda, Qvineya və Mali püşkü gözləyir
29.01.2015 - 01:12
Fil Dişi Sahili 1/4 finalda, Qvineya və Mali püşkü gözləyir

Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, D qrupunda oyunlar başa çatmasada, növbəti mərhələyə çıxan bir komanda bəlli olub.

 

Fil Dişi Sahili millisi Kamerun yığması ilə üz-üzə gəlib. Birincilər 1:0 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb.

 

Digər cütdə isə Mali ilə Qvineya komandaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qalib müəyyənləşməyib – 1:1.

 

Beləliklə, həm xalları, həm də top fərqi bərabər olan bu millilərdə növbəti mərhələyə kimin vəsiqə qazanacağına bu gün atılacaq püşklə aydınlıq gəlinəcək.

 

Qeyd edək ki, digər 1/4 finalçılar Konqo, Ekvator Qvineyası, Tunis, Konqo Demokratik Respublikası, Qana və Əlcəzairdi.
 

 

Afrika Millətlər Kuboku

III tur

28 yanvar

D qrupu

Kamerun - Fil Dişi Sahili - 0:1

Qol: Qradel, 36

 

Qvineya - Mali - 1:1

Qollar: Konstant, 15-p - Maiqa, 47

 

 

1.

Fil Dişi Sahili

3

1

2

0

3:2

5

2.

Qvineya

3

0

3

0

3:3

3

3.

Mali

3

0

3

0

3:3

3

4.

Kamerun

3

0

2

1

2:3

2