Fil Dişi Sahili millisinin finalda rəqibi müəyyənləşdi
06.02.2015 - 01:03
Afrika Millətlər Kubokunda ikinci finalçının adı bəlli olub. Apasport.az saytının məlumatına görə, yarımfinalda meydan sahibləri Ekvatorial Qvineya millisi ilə Qana yığması üz-üzə gəlib.
Görüşdə təşkilətçı ölkənin komandası 0:3 hesabı ilə uduzub.
Beləliklə, həlledici mərhələdə Fil Dişi Sahili ilə Qana qarşılaşacaq. 3-cü yer uğrunda isə Konqo Demokratik Respublikası ilə Ekvatorial Qvineya münasibətlərinə aydınlıq gətirəcək.
Afrika Millətlər Kuboku
Yarımfinal mərhələsi
5 fevral
Ekvatorial Qvineya - Qana – 0:3
Qollar: Ayu, 42; 75, Vakaso, 45+2
0
0