Filipp Lam karyerasını “Bavariya”da başa vuracaq
11.06.2014 - 23:28
“Bavariya” futbol klubunun kapitanı Filipp Lam karyerasını doğma klubda başa vurmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi bu barədə Münhen klubu ilə 2017/2018-ci illərin sonuna qədər yeni müqavilənin imzalanmasından sonra bildirib.
Lam karyerasında sonuncu müqaviləyə imza atdığını qeyd edib: “Mən karyeramı “Bavariya”da başa vuracağam. Mən həmişə bunu arzulamışam və indi özümü xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, Filipp Lam “Bavariya” futbol məktəbinin yetirməsidir. O, Münhen klubunun əsas heyətində 2005-ci ildən çıxış edir.
0
0