“Hazırda qarşıda duran əsas məsələ “Milan”ı köhnə günlərə qaytarmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan”ın baş məşqçisi Filippo İnzagi deyib.
Gəcn mütəxəssis İtaliya A seriyasının XXIII turu çərçivəsində doğma publika önündə “Empoli” ilə oyunöncəsi fikirlərini bildirib: “Parma” və “Yuventus”la görüşlərdə bir neçə futbolçuda arxayınlıq gördüm. Azarkeşləri də anlayıram. Onların səbir etmələrini xahiş edirəm. Fanatlar uzun müddətdir ki, belə uğursuzluqlara dözürlər. Ümid edirəm ki, sabahkı qarşılaşma mövsümün ikinci yarısı üçün əla başlanğıc olacaq”.
Qeyd edək ki, “Milan” – “Empoli” matçı sabah Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.