Finalın hakimləri müəyyənləşdi
19.12.2015 - 11:32
Finalın hakimləri müəyyənləşdi

Klublararası dünya çempionatının final oyununun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Argentinanın “River Pleyt” və İspaniyanın “Barselona” klubları arasında qarşılaşmanı iranlı ədalət təmsilçiləri idarə edəcək.

 

Yaponiyada keçirilən mundialın həlledici görüşündə baş hakim Əlireza Fəqani olacaq. Ona Reza Soxəndan və Məhəmmədreza Mənsuri kömək edəcək. 4-cü hakim kamerunlu Alioum olacaq.

 

Həmin gün - dekabrın 20-də baş tutacaq digər qarşılaşmada 3-cü yerin sahibi müəyyənləşəcək. “Sanfreççe” (Yaponiya) – “Quançjou” arasında qarşılaşmanı okeaniyalılar idarə edəcək. Yeni zelandiyalı Matt Konqerə həmyerlisi Simon Lont və yonqalı Tevita Makasini kömək edəcək. Kolumbiyalı Vilmar Roldan isə 4-cü hakim kimi meydana çıxacaq.