Flavinyo, Vobay və Stamenkoviçi birləşdirən yubiley
06.08.2014 - 13:40
Flavinyo, Vobay və Stamenkoviçi birləşdirən yubiley

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu Azərbaycan kubokunun qalibi “Neftçi”nin bəzi futbolçuları üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Gürcüstanda “Çixura” ilə keçiriləcək görüşdə “ağ-qaralar” avrokuboklarda yubiley qeyd edəcək.

 

Paytaxt təmsilçisinin aparıcı yarımmüdafiəçiləri Flavinyo ilə Culius Vobay qitə miqyaslı turnirlərdə 20-ci matçlarına çıxacaq. Braziliyalı 19 matçdan 14-nü Çempionlar Liqası, 5-ni Avropa Liqasında keçirib. Afrikalıda isə bu rəqəmlər müvafiq olaraq 12 və 7-yə bərabərdir.  Qitənin ən nüfuzlu klub turnirində 11, ikinci dərəcəli yarışda 8 görüşə çıxan Saşa Stamenkoviç də 20-yə çatacaq.

 

Bu “3-lük”dən yalnız Flavinyo bütün oyunlarını “Neftçi”də keçirib. Vobay 17, Stamenkoviç 16 matçı “ağ-qaralar”ın heyətində meydana çıxıb. Onlar digər oyunlarını müvafiq olaraq “Xəzər Lənkəran” və “Srvena Zvezda”da keçirib.

 

 

Cavid İmamverdiyev 15, Karlos Kardoso 5-ci dəfə avrokubokların iştirakçısı olacaq.  Ernest Nfor isə Avropa Liqasında 5-ə çatacaq.