Mövsümlərarası fasilədə “Neftçi”dən ayrılan Flavinyo Braziliyanın “Şapekoense” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi iki həftə əvvəl bu kluba keçsə də, yeni komandasında debüt edə bilmirdi.
Buna onun transfer vərəqinin Azərbaycanda yubanması idi. Bu üzdən sənədləşmə məsələsində problemlə üzləşən Flavinyo yeni komandasının matçlarını tribunadan izləmək məcburiyyətində qalmışdı.
Amma sonda futbolçunun debütündəki maneə aradan qaldırılıb. Müvafiq sənədlər Braziliya Futbol konfederasiyasına çatdırılıb. Yarımmüdafiəçi avqustun 23-də “Koritiba” ilə görüşdə meydana çıxa bilər.
Qeyd edək ki, 5 il “Neftçi”də çıxış edən Flavinyo 3 çempionluq və 2 kubok qazanıb.