Foqts milliyə “İnter”dən 4 futbolçu çağırdı
01.05.2014 - 13:55
Foqts milliyə “İnter”dən 4 futbolçu çağırdı

“Neftçi” və “Bakı”nın ardından “İnter”dən də hansı futbolçuların milliyə çağırılmasına aydınlıq gəlib. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, Berti Foqts “bankirlər”dən 4 futbolçunu ABŞ-a aparmağı məqsədəuyğun hesab edib.

 

Foqts “İnter”dən hər ampluadan bir futbolçunu çağırıb. Bunlar qapıçı Səlahət Ağayev, müdafiəçi Ruslan Əmircanov, yarımmüdafiəçi Abdulla Abatsiyev və hücumçu Vaqif Cavadovdur. Bununla da milliləşdirilmiş dağıstanlı futbolçu olan Abatsiyev ardıcıl 2-ci dəfə millidən dəvət alıb.

 

Qeyd edək ki, mayın 28-də Bakı vaxtı ilə saat 07:00-da ABŞ-la keçiriləcək yoldaşlıq oyununa Berti Foqts “Neftçi”dən 5, “Bakı”dan isə 4 oyunçuya dəvət göndərib.