Fransa-Almaniya və Braziliya-Kolumbiya matçlarının hakimləri bəlli oldu
03.07.2014 - 04:33
Fransa-Almaniya və Braziliya-Kolumbiya matçlarının hakimləri bəlli oldu

 

Dünya çempionatının 1/4 final mərhələsinin iki oyununun hakimlərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransa-Almaniya matçını argentinalı Nestor Pitananın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

 

Braziliya-Kolumbiya oyunu isə ispaniyalı hakim Karlos Velasko Karbalyonun başçılıq etdiyi hakim briqadasına tapşırılıb. Fransa-Almaniya matçı iyulun 4-də Bakı vaxtı ilə saat 21:00-da, Braziliya-Kolumbiya matçı isə iyulun 5-də Bakı vaxtı ilə saat 01:00-da keçiriləcək.