Fransa-İsveçrə matçının ən yaxşı oyunçusu bəlli oldu
21.06.2014 - 01:53
Fransa millisinin hücumçusu Kərim Benzema Fransa-İsveçrə oyununun ən yaxşısı olub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın saytında bildirilir.
Benzema 90 dəqiqə meydanda olub, komandasının 4-cü qolunu vurub, 2 məhsuldar ötürmə edib, 1 penalti qazanıb və onu yerinə yetirə bilməyib, daha bir qolu isə hakim fiti ilə bərabər vurduğundan, hesaba alınmayıb. Xatırladaq ki, Fransa millisi bu oyunda 5:2 hesabı ilə qələbə qazanaraq 1/8 finala çıxıb.
0
0