Fransa çempionatında XIV tur təxirə salınacaq?
17.11.2015 - 16:51
Fransa çempionatında XIV tur təxirə salınacaq?

Fransada baş verən terror hadisəsi futbol çempionatına da təsirsiz ötüşməyib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Liqa 1 və Liqa 2-nin həftəsonu keçirilməli olan növbəti tur matçlarının təxirə salınması müzakirəyə çıxarılıb.

 

Lakin dövlət rəsmiləri məsələyə əl ataraq, oyunların planlaşdırılan günlərdə baş tutmasını istəyib. Bununla bağlı çıxış edən dövlət katibi Tyerri Brayar təxirəsalma olmayacağını bildirib: “Həyat davam edir. Sakit olmalı və gələcəyə nikbin baxmalıyıq. Hansısa oyunun təxirə salınmasına ehtiyac yoxdu”.

 

Qeyd edək ki, Fransa Liqa 1-də XIV turun oyunları noyabrın 20-22-si aralığında keçiriləcək.