Braziliyada keçirilən dünya çempionatı öz axarı ilə davam etməkdədir. Apasport.az saytının məlumatına görə, iyunun 16-da 3 fərqli qrupun oyunu keçiriləcək.
Əvvəlcə Bakı vaxtı ilə saat 00:00-da - iyunun 15-dən 16-na keçən gecə E qrupunun ilk oyunu keçirilib. Qrupun favoriti Fransa autsayder qismində görülən Hondurasla qarşılaşıb. Tərəflərin tarixi ərzində ilk oyununda avropalılar rəqiblərinə heç bir şans verməyiblər. 39 yaşlı braziliyalı referi Sandro Riççinin idarə etdiyi qarşılaşma Fransa millisinin asan qələbəsi ilə yükunlaşıb.
Bundan sonra F qrupunun oyuna start verilib. İkiqat dünya çempionu olan Argentina debütant Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüşdə cənubi amerikalılar növbəti dəfə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. Onlar öncə Bosniya və Herseqovina millisini avtoqol etməyə məcbur edib, ardınca Lionel Messinin qolu sayəsində hesab arasındakı fərqi artırıblar. Oyunun başa çatmasına 5 dəqiqə qalmış Vedad İbişeviçin qolu yalnız təsəlli xarakteri daşıyıb.
Bununla da tarixində 3-cü dəfə Bosniya və Herseqovina ilə üz-üzə gələn Argentina yenə meydanı qalib kimi tərk edib.
G qrupunda əsas matçı hesab edilən Almaniya və Portuqaliya arasındakı görüş bu günə təsadüf edib. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın məsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində olub. Bu 2 Avropa komandası indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür – 25:16.
Almaniya bugünkü oyunda da qələbə qazanıb. Almanlar turnirdə heç də sonuncu yerdə sayılmayan Portuqaliyanın qapısından 4 qol keçiriblər. Bu toplardan 3-nü Tomas Müller vurub. Oyunda 1 penalti təyin olunub, 1 qırmızı vərəqə göstərilib.
16 iyun
F qrupu
Argentina – Bosniya və Herseqovina - 2:1
Qollar: Kolazinak, 3 (avtoqol); Messi, 65 - İbişeviç, 85
Hakim: Xoel Aqilar (Salvador)
Rio-de-Janeyro. “Marakana” (“Mario Filyu”) stadionu
Arqentina: Romero, Qaray, Kampanyaro, Sabaleta, Roxo, Fernandes, Di Mariya, Rodriqes, Maskerano, Messi, Aquero.
Bosniya və Herseqovina: Beqoviç, Biçakçiç, Spahiç, Kolazinak, Beşiç, Muydja, Pyaniç, Misimoviç, Luliç, Xayroviç, Djeko.
G qrupu
Almaniya – Portuqaliya - 4:0
Qol: Müller, 12 (penalti); 45; 78; Hummels, 32
Qırmızı vərəqə: Pepe, 37
Hakim: Milorad Majiç (Serbiya)
Salvador. “Fonte-Nova” stadionu
Almaniya: 1.Noer, 4.Hövedes, 5.Hummels, 6.Xedira, 8.Özil,13. Müller,16.Lam (k), 17.Mertesaker, 18.Kroos, 19.Götze, 20.Boatenq
Baş məşqçi: Yoahim Löv
Portuqaliya: 12.Patrisio, 2.B.Alves, 3.Pepe. 4.Miqel, 5.Koentrao, 7.Ronaldo (k), 8.Moutinyo, 9.Almeyda, 16.Meireles, 17.Nani, 21.Pareyra
Baş məşqçi: Paulo Banto
E qrupu
Fransa – Honduras - 3:0
Qollar: Benzema, 44 (pen); 72; Valyadares, 48 (avtoqol)
Qırmızı vərəqə: Palasios, 43
Hakim: Sandro Riççi (Braziliya)
Portu-Aleqri. “Beyra-Rio” stadionu
Fransa: Lyoris, Debüşi, Evra, Sako, Varan, Matyuidi, Valbuena, Kabay, Poqba, Qrizmann, Benzema.
Honduras: Valyadares, Fiqeroa, İsaqirre, Bernardes, Bekeles, Palasios, Espinosa, Qarrido, Naxar, Kostli, Benqtson.
|
Fransa |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
İsveçrə |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
Ekvador |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
|
Honduras |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |