“Yuventus” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, turinlilər “Marsel”in yarımmüdafiəçisi Mario Lemina ilə anlaşıblar.
İtaliya çempionu Fransa gənclər millisinin sabiq üzvünü bir illik icarəyə götürüb. Bu keçid "qoca sinyora"ya 1,5 milyon avroya başa gəlib. “Yuve” gələn yay 22 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək istəsə, o zaman daha 9,5 milyon avro xərcə düşməli olacaq.
Artıq Turində olan Lemina tibbi müayinədən keçib və yaxın saatlarda rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Maio Lemina “Marsel”ə 2013-cü ildə “Loryen”dən keçmişdi.