Fransanın ən çox qazanan idmançısı nə Riberi, nə də Benzemadı - FOTO
20.02.2015 - 19:02
Fransanın ən çox qazanan idmançısı nə Riberi, nə də Benzemadı - FOTO

Fransanın 2014-cü ildə ən çox pul qazanan idmançılarının siyahısı dərc edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ötən il ən çox qazanc əldə edən fransız basketbolçu Toni Parker olub.

 

NBA klubu “San-Antonio”nun formasını geyinən Parker 2014-cü ildə 16 milyon avro qazanc götürüb. Onun ən yaxın izləyicisi 15,8 milyon avro ilə “Real”ın futbolçusu Kərim Benzema olub. Üçüncü yeri tutan da futbolçu olub. Belə ki, “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi (14,8 milyon avro) ilk “üçlüy”ü qapayıb.

 

“Çikaqo”nun basketbolçusu Yoaşim Noa (11,4) və “Mançester Siti”nin futbolçusu Samir Nəsri (11,1) ilk “beşlik”də qərarlaşan futbolçulardı.