Futbolçumuz ilk oyunda cəzalandı
17.08.2015 - 10:29
Futbolçumuz ilk oyunda cəzalandı

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I liqada çıxış edən “Qaziantep BB”nin formasını geyən müdafiəçi I turun “Balıkəsirspor”la səfər oyununda meydana çıxıb.

 

Start heyətində yer alan Budak 90 dəqiqə əvəzolunmadan meydanda olub. O. Qarşılaşmanın 59-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.