Gənc azarkeş Braziliyanın məğlubiyyətindən sonra intihar edib
12.07.2014 - 06:14
Gənc azarkeş Braziliyanın məğlubiyyətindən sonra intihar edib

 

Braziliya yığmasının gənc azarkeşi komandasının biabırçı məğlubiyyətinə dözə bilməyib. Apasport.az saytının məlumatına görə, 15 yaşlı qız çıxış yolunu intihar etməkdə görüb.

 

Praqiya Tapa Almaniya ilə yarımfinal matçının ertəsi gün intihar edib. Polis nümayəndəsi qızcığazın yaxınlarına istinadən bildirib ki, Praqiya Braziliya yığmasını finalda görməyi çox arzu edirmiş: “Bəzi dostları yarımfinaldan sonra onu ələ salıblar. Səhəri gün isə 15 yaşlı qızın cəsədini evdə tapıblar. O, özünü asıb”.

 

Gənc azarkeş Nepalın paytaxtı Katmandudan 250 kilometr aralıda yaşayırmış. Onun cəsədini səhər tezdən anası aşkar edib.