Türkiyə Superliqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 2 legionerinin çıxış etdiyi komandalar da bu çərçivədə oyunlara çıxıb.
Ali Gökdəmirin çıxış etdiyi “Elazığspor” Ankarada “Gənclərbirliyi”nin qonağı olub. Elazığ təmsilçisi ardıcıl 2-ci səfər matçından da yenik ayrılıb – 1:3. Son oyunlarda meydana çıxmasa da, “18-lik”də olan Gökdəmirin adı bu dəfə matçın protokoluna salınmayıb.
Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” ardıcıl 6-cı çempionat oyununda da qələbə üzünə həsrət qalıb. Sivas təmsilçisi bu dəfə səfərdə autsayderlərdən olan “Kayseri Ərciyəsspor”u yenə bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb. Cihan uzun müddətdən sonra meydana start heyətində çıxıb və demək olar ki, heç nə ilə yadda qalmasa da, görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, bu turdan sonra “Sivasspor” 37 xalla VI sırada qalıb. Ancaq bu gün “Qaziantepspor” sürpriz edib “Fənərbaxça”ya qalib gələcəyi halda, Roberto Karlosun komandası 1 pillə yerini dəyişə bilər. “Elazığspor” isə 2 pillə geriləməklə XVI sıraya düşüb ki, bu da aşağı dəstəyə düşmə zonası sayılır.
Gökdəmir heyətə salınmadı, Özkara əvəzolunmaz oldu
24.03.2014 - 10:28
0
0