Gökdəmirin komandası autsayderlər zonasına düşdü
07.04.2014 - 09:21
Türkiyə Superliqasında XXVIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 2 legionerinin çıxış etdiyi komandalar məğlubiyyətlə üzləşib.
Ali Gökdəmirin çıxış etdiyi “Elazığspor” səfərdə autsayderlərdən olan “Ərciyəspor”la qarşılaşıb. Qonaqlar böyük hesabla məğlub olub – 0:3. Gökdəmir ardıcıl 3-cü oyunda da “18-liy”ə daxil edilməyib.
Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” “Bursaspor”un qonağı olub. Gərgin və bol qollu keçən matçda 1 qat Türkiyə çempionu əzmkar qələbə qazanıb – 4:3. Özkara ardıcıl 2-ci oyunda da ehtiyatda qalıb.
Qeyd edək ki, bu turdan sonra “Sivasspor” yenidən VI pilləyə enib. Bu gün “Trabzonspor” qalib gələrsə, Özkaranın komandası daha 1 pillə aşağı düşəcək. “Elazığspor” isə artıq autsayderlər zonasındadır. Komanda XVII pilləyə yuvarlanıb.

0
0