Almaniyanın “Bavariya” klubu görünməmiş biabırçılıq yaşayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi bu dəfə mübarizəni yarımfinaldakı rüsvayçılıqla dayandırıb.
Münhen təmsilçisi öz meydanında İspaniya “Real”ına 0:4 hesabı ilə uduzmaqla avrokuboklar tarixində ən ağıq ev yenilgisini alıb. Almaniyanın ən titullu klubu indiyədək qitə miqyaslı turnirlərdə heç vaxt 4 top fərqi ilə uduzmamışdı.
Bu darmadağın həm də “Bavariya”nın avrokuboklarad ümumiyyətlə ən böyük hesablı yenilgisinin təkrarıdır. İndiyədək Bundesliqa klubu ən pis halda 4 top fərqi ilə uduzmuşdu. Bir neçə dəfə qeydə alınan bu nəticələr səfər matçlarına təsadüf etmişdi. Sonuncu belə hal 2009-cü ildə “Nou Kamp”da “Barselona” ilə görüşdə qeydə alınmışdı.