Gürcüstan Futbol Federasiyasının prezidenti də Bakıya gəldi
26.04.2014 - 14:50
Gürcüstan Futbol Federasiyasının prezidenti də Bakıya gəldi
Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçinava və baş katib Revaz Arveladze Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, səfərin məqsədi bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək futzal üzrə UEFA kubokunun III yer uğrunda oyunu və final qarşılaşmasını izləməkdir.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan Futzal Federasiyasının birinci vitse-prezidenti Muxtar Həşimov, Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov və UEFA İcraiyyə Komitəsinin rusiyalı üzvü Sergey Fursenko “Dördlər finalı” üçün ölkəmizə təşrif buyurub.